Mehman Hüseynovla bağlı məhkəmə istintaqı yekunlaşdı

Mehman Hüseynovla bağlı məhkəmə istintaqı yekunlaşdı

Video-blogger Mehman Hüseynovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə,  Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.
Prosesdə Mehman Hüseynov qısa çıxış edib: "İşimi tez qurtarın, çıxıb gedim cəzaçəkmə müəssisəsinə".
Məhkəmə prosesi dekabrın 15-ə təyin edilib. Həmin prosesdə çıxışlar olacaq.
Xatırladaq ki, Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin onun barəsində verdiyi qərarı ləğv olunub. Cinayət işini yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıblar.
Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.
DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.
 
Aktual.az
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR