Məhkəmələrdə ərizə və şikayətlərin qəbulu qaydası dəyişdirildi

Məhkəmələrdə ərizə və şikayətlərin qəbulu qaydası dəyişdirildi

Dekabrın 2-dən 23-dək məhkəmələrdə vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçiriləcək.
Aktual.az "Report”a istinadən xəbər verir ki, bu, Ali Məhkəmənin xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərarında yer alıb.
Qərara əsasən, məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbul edəcəklər.
Qeyd edək ki, Ali Məhkəmə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması barədə qərar verib.
Xəbər 96 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR