Məhkəmə İŞİD-ə qoşulan azərbaycanlıya ağır cəza verib

Məhkəmə İŞİD-ə qoşulan azərbaycanlıya ağır cəza verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq Suriya və İraqa gedərək orada terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən Elşən Adilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az-ın "Report"a istinadən məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Adilov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib.

Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR