Məhkəmə binasında "Yeni Müsavat"ın reportyoruna hücum edildi (VİDEO)

Məhkəmə binasında

Novxanıda "Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəmə prosesini işıqlandırmaq üçün məhkəmə binasında olan  "Yeni Müsavat"ın reportyoru İlkin Muradov hücuma məruz qalıb.

Bu barədə İlkin Muradov özü xəbər verib. Onun sözlərinə görə, Elşad Kəlbəlıyevin qohumu olan Nicat Məmmədov adlı şəxs məhkəmə zalında ondan kim olduğunu soruşub, əməkdaşımız ona izahat verməyə borclu olmadığını deyib və əvəzində həmin şəxsin təhqirləri ilə üzləşib.

Daha sonra müttəhimin qohumu elə məhkəmə binasındaca jurnalistə fiziki təzyiq göstərmək istəyib. "O, məhkəmə koridorunda yumruq atdı. Sonra məhkəmə binasının önündə də davam etdi.  "102"-yə məlumat vermişəm", - İlkin Muradov qeyd edir.


Xəbər 664 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR