Sabunçu hadisələri ilə bağlı saxlanılan daha iki nəfər barəsində Sabunçu Rayon Məhkəməsində bu gün qərar çıxarılıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, Müsəlman Birliyi Hərəkatı adlanan qurumun üzvləri Ağəli Yəhyayev barəsində məhkəmənin qərarı ilə 10 sutka, Elxan İsgəndərov barəsində isə 3 sutka azadlıqdan məhrum etmə cəzası çıxarılıb.
Qeyd edək ki, ötən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dindarların aksiyası keçirilib. Müsəlman Birliyi Hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımovun azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.
Aktual.az