Məhəmməd Xatəmi İran hakimiyyətinə xəbərdarlıq edib

Məhəmməd Xatəmi İran hakimiyyətinə xəbərdarlıq edib
  • DÜNYA

 İranın keçmiş Prezidenti, hakimiyyətdaxili islahatçı xəttin liderlərindən biri olan Məhəmməd Xatəmi ölkədə yeni etiraz aksiyalarının başlayacağı ilə bağlı xəbərdarlıq edib.

"Report” "Anadolu”ya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhfəsində yazıb.
"Hakimiyyət etdiyi səhvləri təkrarlayarsa, o zaman tənqidlər etiraz aksiyaları ilə əvəz olunacaq. Bundan sonra ölkənin aqibəti məlum deyil”, - o vurğulayıb.
Məhəmməd Xatəmi İran hakimiyyəti və inqilabın islahatı qəbul etdiyini xatırladaraq rejim daxilində də islahat aparmaq istəyənlərin olduğunu söyləyib: "Əgər cəmiyyətdə islahatçıların bir iş görmədikləri qənaətinə gəlinərsə, onda xalq rejimi dəyişmək istəyənlərə tərəf yönələcək”.
Qeyd edək ki, 75 yaşlı Məhəmməd Xatəmi İranın 5-ci Prezidenti olub. O, 1997-2001, 2001-2005-ci illərdə iki dəfə İran Prezidenti seçilib. Məhəmməd Xatəmi İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneini tənqid edərək onun azadlığı məhdudlaşdırdığını, iqtisadiyyat və xarici siyasət sahələrində səhvlər etdiklərini bildirir. 
 
Aktual.az
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR