MDB PA missiyası referendumun monitorinqinin nəticələrinə dair sənəd qəbul edib

MDB PA missiyası referendumun monitorinqinin nəticələrinə dair sənəd qəbul edib

MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçilər missiyasının üzvləri Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendumun) monitorinqinin nəticələrinə dair müşavirə keçirib.

Aktual.az  xəbər verir ki, MDB PA-nın mətbuat xidmətindən Report-a verilən məlumata görə, görüş zamanı iştirakçılar Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən seçki məntəqələrində səsvermənin gedişinin monitorinqi üzrə təəssüratlarını bölüşüblər.

MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) direktoru Dmitri Qladey müşahidəsi əsasında apardığı qeydləri, eləcə də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum üzrə monitorinq barədə informasiya təqdim edib.

Müşavirə iştirakçıları monitorinq nəticələrinə dair yekun sənədi müzakirə edib və sənəd qəbul edilib.

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR