Masallıda ilk dəfə tütün satışına başlanıldı

Masallıda ilk dəfə tütün satışına başlanıldı

Bu il Masallı rayonunda ilk dəfə əkilmiş tütünün satışına başlanılıb.

Aktual.az  “Qafqazinfo”a istinadən xəbər verir ki, rayonun Qızılağac, Xırmandalı, Şərəfə və Qarğalıq kəndlərinin ərazisində 11 hektar ərazidə əkilmiş tütün qurudularaq Şəki Tütün Fermentləşdirmə Zavoduna təhvil verilir.

Tütün satışında Xırmandalı kəndinin məhsul istehsalçıları fərqləniblər. Zavoda təhvil verilmiş 4,7 ton məhsulun 2,4 tonu məhz onların payına düşür. Kəndin sakinləri növbəti ildə 60 hektar sahədə tütün əkməyi qərara alıblar.

Qeyd edək ki, zavodda qurudulmuş tütün məhsulunun birinci növü 2, ikinci növü isə 1,7 manata qəbul edilir.

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR