Masallıda ağır qəza – 4 nəfər yaralandı

Masallıda ağır qəza – 4 nəfər yaralandı

Masallıda motosikletlə "VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
 
Aktual.az  APA-ya istinadən xəbər verir ki, hadisə Həsənli kəndində qeydə alınıb.
 
Belə ki, "motosiklet”lə  ”VAZ 2107”-nin  toqquşması nəticəsində minik avtomobili idarəetməni itirərək kanala düşüb.
 
Nəticədə motosikletdə olan 3 nəfər  - sürücü, Məmmədxanlı kənd sakini 42 yaşlı Fərahim Salayev, Stansiya kənd sakini, 29 yaşlı Röyal Talıbov və Həsənli kənd sakini 30 yaşlı Yalçın Məmmədov, eləcə də  "VAZ”ın sürücüsü müxtəlif bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Aktual.az 
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR