Masallıda 4 nəfər evə hücum edərək ər və arvadı bıçaqlayıb - FOTO

Masallıda 4 nəfər evə hücum edərək ər və arvadı bıçaqlayıb - FOTO

 Masallı rayonunda qaçırılan qızın qohumları oğlanın evinə hücum edərək, ev sahiblərinə bıçaqla xəsarət yetiriblər.


"Report"un Cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonunun Alışanlı kəndində baş verib. 

Belə ki, kənd sakini 1969-cu il təvəllüdlü Xalıq Məmməd oğlu Həsənovun yaşadığı evə 4 nəfər basqın edərək ev sahibini və onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Xanım Balaş qızı Həsənovaya bıçaqla xəsarət yetirib. 

X.Məmmədovun bildirdiyinə görə, oğlu Rəşad bir gün əvvəl qonşu Səmidxanlı kəndindən qız qaçırıb. Qız öz istəyi ilə qaçdığını yazılı şəkildə bildirib. Bununla razılaşmayan qohumlar oğlanın atasının evinə hücum çəkərək qızın geri qaytarılmasını tələb ediblər. Qızı evdə görmədikdə ev əşyalarını dağıdıblar. 

Hadisə ilə bağlı ev sahibi DİN-nin 102 xidmətinə məlumat verilib. Evə basqın edən şəxslər saxlanılıb. İzahatları alındıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR