Masallı-Yardımlı yolunda alternativ yol salındı - FOTO

Masallı-Yardımlı yolunda alternativ yol salındı   - FOTO

Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində çökmənin baş verdiyi əraziyə alternativ olaraq yeni yol salınıb.

Nəqliyyat Nazirliy "Azəryolservis" ASC-dən verilən xəbərə görə, bununla Masallı-Yardımlı istiqamətdə nəqliyyat vasitələrinin normal, təhlükəsiz hərəkəti təmin olunub.

Qurumdan bildirilib ki, yeni yol hissəsinin uzunluğu 400 metr, hərəkət hissəsinin eni 6-7 metr olmaqla, ümumi eni 8-10 metrdir. Ərazinin relyefinə uyğun olaraq 1-2 metr qalınlığında yeni yol yatağı tikilib. Əraziyə 10 min kubmetr daş-çınqıl tökülüb. Dağdan yola doğru gələn su axınını ötürmək üçün yolun altından 2 ədəd 15 metr uzunluğunda 1250 mm və 750 mm diametrli su boruları qoyulub.

"Azəryolservis"dən verilən məlumata görə, yeni yol hissəsinin salınması istiqamətində işlər Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Yardımlı Rayon İcra Hakimiyyətinin köməkliyi ilə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb. Bunun üçün əraziyə 22 saylı Masallı, həmçinin 23 saylı Yardımlı Yol İstismar İdarələrinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, bir-neçə gün bundan öncə Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində olan aktiv sürüşmə zonasında çökmə baş vermişdi. Çökmə yolun təqribən 1,5 metr hissəsini əhatə etmişdi. Bu üzdən həmin ərazidə yeni alternativ yol hissəsinin salınması istiqamətində işlərə başlanılmışdı. Alternativ yol hazır olana qədər isə mütəmadi çökmə baş verən əraziyə yolun nəqliyyat vasitələri üçün bağlanmaması məqsədilə daş-çınqıl tökülürdü.





Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR