Masallı sakini dayısı oğlunu öldürdü

Masallı sakini dayısı oğlunu öldürdü

Masallı rayonunda ölüm hadisəsi baş verib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənd sakini Allahverdiyev Afiq Rafiq oğlu dayısı oğlu Hüseynov Vüsal Rüfət oğlu tərəfindən aralarında yaranmış münaqişə nəticəsində döyülüb. 
Döyülən A.Allahverdiyev bədənin və baş nayihəsinin sınığı, qapalı kəllə-beyin travması ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.
Hadisəni törədən V.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.


Aktual.az

Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR