Maraqlı fakt - Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir

Maraqlı fakt - Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir

Milli Turizm Təbliğat Bürosu Azərbaycana daha çox çinli turist cəlb etmək niyyətindədir.

Aktual.az bildirir ki, bunu Trend-ə Büronun mətbuat katibi Kənan Quluzadə deyib.
K.Quluzadə qeyd edib ki, Büronun dəstəyi ilə Azərbaycan və Çin turizm şirkətləri arasında saziş imzalanıb. Saziş çərçivəsində 2 min Çin turisti Azərbaycana səfər edəcək:
"Şirkətlərin həyata keçirdiyi marketinq tədqiqatları nəticəsində müəyyən edilib ki, çinli turistlər üçün prioritet istiqamət Naftalandır. Əminik ki, Naftalanın potensialı Çin turistlərinin tələbatını ödəyəcək".
K.Quluzadə əlavə edib ki, bu hələ ilk addımdır: "Biz daha çox çinli turist cəlb etməyi planlaşdırırıq. Həm də təkcə Naftalan və ya Duzdağ kimi sağlamlıq kurortlarına yox. Qeyd edim ki, əvvəllər Çin turistləri Azərbaycana yalnız Cənubi Qafqaza ümumi turlar çərçivəsində səfər edirdi. Yeni saziş bilavasitə Azərbaycana səfərləri nəzərdə tutur".
Qeyd edək ki, 2017-ci ildə Çindən Azərbaycana 10 mindən çox turist səfər edib.
 
Aktual.az
Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR