Mançesterdə teraktdan sonra 12 uşaq xəstəxanaya yerləşdirilib

Mançesterdə teraktdan sonra 12 uşaq xəstəxanaya yerləşdirilib

İngiltərənin Mançester şəhərində baş vermiş terror aktından sonra 12 uşaq müxtəlif dərəcəli xəsarətlərlə şəhər xəstəxanasına yerləşdirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Mançester şəhər təcili yardım xidmətinin rəhbəri açıqlayıb.

Bundan başqa, digər xəstəxanalara da bir neçə uşağın yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
 

Aktual.az 

Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR