Manat möhkəmlənib - RƏSMİ

Manat möhkəmlənib - RƏSMİ

Manatın nominal effektiv məzənnəsinin 8 ayda 6.1% möhkəmlənməsi cari ildə inflyasiyaya məhdudlaşdırıcı təsir edən əsas amillərdən biri olub. İyul və avqust aylarında bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir edib.
 
Bu barədə Aktual.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
 
Qeyd edilib ki, pul siyasəti üzrə yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması həm cari dövrdə, həm də ortamüddətli dövrdə qiymət sabitliyinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Məlumata görə, 1 sentyabr 2022-ci ildən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılması gözlənildiyi kimi sterilizasiya əməliyyatlarının həcminin artması ilə müşayiət olunur:
 
"Belə ki, bank sisteminin likvidlik mövqeyində struktur profisitinin mövcudluğu şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə, xüsusən də sterilizasiya yönümlü daimi imkanlar alətinə tələbat yüksəkdir. Sentyabr ayının 15-dən başlayaraq banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması da likvidliyin idarə olunması vasitəsilə inflyasiya proseslərinə azaldıcı təsir göstərir.
 
Yeni çeşiddə sterilizasiya əməliyyatlarının işə düşməsi ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılıb.
 
Fiskal əməliyyatların monetar şəraitə təsiri və banklararası bazardakı vəziyyətdən asılı olaraq ilin qalan dövründə əlavə sterilizasiya məqsədilə müxtəlif müddətlər üzrə not və REPO hərraclarının keçirilməsinə baxıla bilər".


Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR