Maliyyə Nazirliyinin yeni kollegiyası – SİYAHI

Maliyyə Nazirliyinin yeni kollegiyası   – SİYAHI

Nazirlər Kabineti Maliyyə Nazirliyinin Kollegiyasının yeni tərkibini təsdiq edib.

Aktual.az  APA-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri maliyyə naziri Samir Şərifov, Kollegiyanın üzvləri maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə, maliyyə nazirinin müavini Azər Bayramov, maliyyə nazirinin müavini Emin Hüseynov təsdiq edilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Maliyyə Nazirliyinin Aparatının rəhbəri Namiq Süleymanov, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev, Maliyyə Nazirliyinin Aparatının Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri Fazil Fərəcov, Maliyyə Nazirliyinin Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Elman Piriyev və Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəisi Adil Əhmədov təsdiq edilib. 

Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR