Maliyyə Nazirliyi: Müdafiə xərcləri azaldılmayıb

Maliyyə Nazirliyi: Müdafiə xərcləri azaldılmayıb

“Bəzi ekspertlər (bilərəkdən, bilməyərəkdən) səhvə yol verərək müdafiə xərclərinin ciddi şəkildə azaldıldığını yazırlar.

2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində Müdafiə və təhlükəsizlik xərcləri Dövlət büdcəsi xərclərinin funksional təsnifatında təkcə müdafiə bölməsində deyil, digər xərc bölmələrində də nəzərdə tutulub”.

Aktual.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

“Ona görə də Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş “2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nın 41 ci səhifəsində qeyd olunan ümumi rəqəm reallığı əks etdirir.

Müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 17,4%-i həcmində və ya 2,9 milyard manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 187 milyon manat və ya 6,9% çoxdur.

Eyni zamanda nəzərə alınmalıdır ki, Dövlət sirri haqqında qanuna əsasən, təhlükəsizlik və müdafiə xərclərini detallı şəkildə açıqlamaq mümkün deyil”, - deyə nazirlikdən qeyd edilib.

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR