Malidə silahlı hücum zamanı 53 əsgər öldürülüb

Malidə silahlı hücum zamanı 53 əsgər öldürülüb
  • DÜNYA

Malinin şimalında silahlıların hücumu nəticəsində öldürülən əsgərlərin sayı artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə rabitə naziri Yaya Sanqare bildirib.
"İndelimanda silahlı qüvvələrin mövqelərinə hücumdan sonra əraziyə göndərilən əlavə qüvvələr orada 54 meyit aşkarlayıb. Onlardan 1-i mülki vətəndaşdır. Həmin vaxt orada olan 10 nəfər sağ qalıb", - deyə "Sanqare özünün "Twitter"dəki səhifəsində yazıb. 
Nazir həmçinin əlavə edib ki, meyitlərin kimliyi məlum olub. 

***

Malinin şimalında silahlıların hücumu nəticəsində öldürülən əsgərlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Agensy France Presse" Mali ordusunun açıqlamasına istinadən bildirib. 
Hökumət çoxsaylı ölümə və yaralanmalara səbəb olan hadisəni terror aktı adlandıraraq pisləyib.  
"İlkin məlumata görə, həlak olanların sayı 35 nəfərə qədər artıb", - deyə ordunun mətbuat xidməti bildirib. 
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. 

***

Malinin şimalında silahlıların hücumu nəticəsində hökumət qüvvələrinin azı 15 əsgəri öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ölkənin Silahlı Qüvvələrinin nümayəndəsi Diarran Koneyə istinadən məlumat yayıb.
"İlkin məlumata görə, 15 hərbi qulluqçu öldürülüb, daha bir neçə nəfər yaralanıb. Texnikaya zərər vurulub", - deyə o bildirilib. Diarran Kone qeyd edib ki, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
"Agensy France Presse" isə öz növbəsində xəbər verir ki, ölkə ordusunun əsgərlərinə hücum Menaka regionunda, İndeliman ərazisində baş verib
Xəbər 219 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR