Makronun bu açıqlaması ABŞ rəsmilərini qəzəbləndirdi

Makronun bu açıqlaması ABŞ rəsmilərini qəzəbləndirdi

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya mümkün hərbi personal göndərilməsi ilə bağlı açıqlaması ABŞ rəsmilərinin qəzəbinə səbəb olub.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, agentlik belə bir addımın Rusiya ilə toqquşma təhlükəsi yarada biləcəyini iddia edib.
"Makronun Ukraynada bu qoşunların olması zəruriliyi ilə bağlı sözləri ABŞ rəsmilərini qəzəbləndirib. Bəzi rəsmilərin vurğuladığı kimi, Makronun sözləri əməliyyatın təhlükəsizliyi baxımından o qədər də ağlabatan deyildi. Çünki bəzi ölkələrin Ukraynada artıq gizli şəkildə öz hərbi personalı var”,- məlumatda bildirilib.
Xəbər 128 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR