Mahsun Kırmızıgülün anasının evini soyanlara 15 il həbs istənildi

Mahsun Kırmızıgülün anasının evini soyanlara 15 il həbs istənildi

Mahsun Kırmızıgülün anası Faika Arıkın vanna otağında gizlətdiyi 2 milyon lirə (təxminən 636 min manat) dəyərində zinət əşyalarını və pulu oğurlayan şəxslərin məhkəməsi başlayıb. 

Aktual.az axşam.az-a istinadən məlumat verir ki, türkmənistanlı Muyasser M. ilə sevgilisi Sherzad H. və dostları Zhavlonbek H. haqqında 7,5 ildən 15 ilə qədər həbs cəzası istənilib. 

Beşiktaş ərazisində yaşayan 93 yaşındakı Faikaya baxması üçün Muyasser M. işə götürülüb. Xəstə qadına baxması üçün işə qəbul edilən qadın elə ilk həftədə evi soyub. 

Pulun və zinət əşyalarının bir hissəsi Muyasserin evindən tapılıb. 70 min dolların əskik olduğu təsdiqlənib.
Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR