Mahmud Abbas ermənini nazir təyin etdi

Mahmud Abbas ermənini nazir təyin etdi

Fələstin Muxtariyyəti yeni kabinetin formalaşdığını açıqlayıb.
Aktual.az xəbər verir ki, kabinetdə erməni nazir Varsen Ağabekyan da təmsil olunur.
O, Fələstinin Xarici İşlər və Mühacir İşləri üzrə Dövlət Naziri təyin edilib.
Ağabekyanın 1958-ci ildə İordaniyada anadan olduğu bildirilir. O, Prezidentin Fələstində Kilsə İşlərinə Nəzarət üzrə Ali Komitəsinin üzvüdür. 1983-cü ildə ABŞ-ın İndiana ştatının Purdue Universitetində magistr dərəcəsi, Pittsburq Universitetində isə siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Qüds Universitetində dosent, sonra dekan vəzifəsində çalışıb.
Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR