Macarıstanın Baş naziri İlham Əliyevi təbrik etdi

Macarıstanın Baş naziri İlham Əliyevi təbrik etdi

Aprelin 12-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Aktual.az xəbər verir ki, Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
 
Aktual.az
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR