Macarıstan "erməni soyqırımı"nı tanımadı

Macarıstan

Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" ilə bağlı layihəni rədd edib.

Aktual.az  azvision.az-a istinadən bildirir ki, parlamentin Xarici əlaqələr komitəsində hakimiyyətdə olan "Fidesz" Partiyası və ölkənin ikinci böyük partiyası olan "Jobbik"in deputatları parlamentdə 5 deputatla təmsil olunan Macar Yaşıllar Partiyası tərəfindən təqdim edilən layihənin əleyhinə səs veriblər.

"Jobbik" Partiyasının nümayəndəsi Marton Gyöngyösinin sözlərinə görə, bu məsələ tarixçilər tərəfindən araşdırılmalıdır: "Bu məsələ tarixçilər və hüquqşünasların öhdəsinə buraxılmalıdır. Roma Papası Fransiskin, siyasətçilər və başqa parlamentlərin nə söyləməsinin Macarıstan parlamentinə aidiyyəti yoxdur. Səs qazanmaq üçün belə addımlar atılmamalıdır".

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR