Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq

Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq
  • DÜNYA

Lüksemburq hökuməti gələn ildən ictimai nəqliyyatı – avtobusları, tramvayları, yerli qatarları pulsuz istifadə rejiminə keçirmək qərarına gəlib.

"Report” "The Quardian”a istinadən xəbər verir ki, beləliklə, Lüksemburq ictimai nəqliyyatın pulsuz olduğu ilk ölkəyə çevrilir.
Ərazisi Abşeron yarımadasından bir qədər böyük olan Lüksemburqun əhalisi 600 mindən çoxdur, paytaxt Lüksemburq şəhərində isə 110minədək sakin yaşayır. Bundan əlavə, ölkəyə hər gün qonşu Fransa, Belçika, Almaniyadan 200 minədək işə gələn olur. Belə olan halda avtomobil yollarında tıxaclar yaranır.
Bu yaxınlarda yenidən Baş nazir seçilən Ksavye Bettel yollarda tıxac məsələsini həll etmək, habelə ətraf mühitin qorunmasını öncül məsələyə çevirmək vədləri verib. Bununla bağlı 2019-cu ilin yayında 20 yaşınadək sərnişinlər üçün ictimai nəqliyyatda ödəmələri ləğv etmək qərarı verilib. Qatarların 1-2-ci sinif vaqonlarında ödəmələri ləğv edib-etməmək məsələsi isə hələlik açıq qalır.
 
Aktual.az
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR