Lukaşenkonun savaş siqnalı: Qərbə son xəbərdarlıq

Lukaşenkonun savaş siqnalı: Qərbə son xəbərdarlıq

Sabah Belarusdan Ukraynaya hücum olacağını düşünmürəm.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mayoru, 3-cü əlahiddə hücum briqadasının komandirinin müavini Maksim Jorin Belarus lideri Aleksandr Lukaşenkonun müharibə ilə bağlı sözlərini şərh edərkən deyib.
"De-fakto Belarus müstəqilliyini çoxdan itirib. Rusiyanın bu regionunun ərazisindən ilk günlərdən Ukrayna şəhərlərinə raketlər atılıb. Üstəlik, Kreml həmişə Putin üçün "lazımsız" insanlarla döyüşməyi sevir. Buryatlardan separatçılara qədər... Nə üçün tamamilə qanuni "resurs" olan belarusları cəlb etməsin ki?” - deyə Jorin bildirib.
O əlavə edib ki, Lukaşenkonun son açıqlaması qorxmuş Qərb üçün son siqnallardan biri ola bilər.
Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR