Ukraynada təmas xəttindəki xarici hərbi kontingent dünyanı Vladimir Putinin gələcək təcavüzündən qorumağa qadirdir.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Vladimir Zelenski deyib.
"Təmas xəttində xarici qoşunların yerləşdirilməsi Rusiya üçün yeni müharibənin başlamasını çox təhlükəli hala gətirərdi. Onlar dəstək qüvvələrindən, bazalardan və beynəlxalq nümayəndələrdən qorxurlar. Belə bir varlıq yoxdursa, heç bir söz Putini dayandıra bilməz. Məsələ burasındadır ki, müharibəni bitirmək istəyiriksə, Putinə onun səhv etdiyini deməliyik. Kompromislərə əsaslanan dialoqların nəticə verəcəyinə əmin deyiləm”, - o bildirib.
Xəbər 40 dəfə oxunub.