Londondakı terrorda Azərbaycan vətəndaşı yaralanıb?

Londondakı terrorda Azərbaycan vətəndaşı yaralanıb?
  • DÜNYA

"İlkin məlumatlara əsasən, Londonun metrosunda törədilən terror aktı zamanı xəsarət alanlar sırasında Azərbaycan vətəndaşları yoxdur".

Bu barədə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi deyib ki, Azərbaycan səfirliyi xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını dəqiqləşdirmək üçün Böyük Britaniyanın müvafiq dövlət orqanları ilə təmasdadır.
H.Hacıyev bildirib ki, əlavə məlumat olduğu zaman bu barədə ictimaiyyətə məlumat veriləcək.

Aktual.az
Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR