Ölkəyə qanunsuz gətirilən mobil telefonlar müsadirə edildi

Ölkəyə qanunsuz gətirilən mobil telefonlar müsadirə edildi

Telefonlar Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarında aşkar edilib


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.

Komitədən  verilən məlumata görə, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçən zaman saxlanılıb və yoxlama aparılıb. Yoxlama zamanı sərnişindən 6 ədəd "İphone X 64 GB" markalı mobil telefonlar aşkarlanıb.

Sorğu-sual zamanı sərnişin telefonların ona məxsus olmadığını və Şarja Hava Limanında olarkən Azərbaycana gətirilməsi üçün verildiyini bildirib. Şübhə yarandığından Şarja-Bakı aviareysi ilə gələn digər sərnişinlərin də əl yüklərinə yoxlama keçirilib və bu zaman 11 nəfər Azərbaycan vətəndaşından 25ədəd, ümumilikdə 31 ədəd "İphone X 64 GB" markalı mobil telefonlar aşkarlanıb. Adları çəkilən vətəndaşlar mobil telefonların onlara məxsus olmadığını bildirib və telefonlardan imtina ediblər.

Araşdırma nəticəsində məlum olub ki, İsayev Əhməd Mülkəsahib oğlu 31 ədəd "İphone X 64 GB" markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədi ilə onunla birlikdə Şarja-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR