Ölkəyə heroin gətirilməsinin qarşısı alındı

Ölkəyə heroin gətirilməsinin qarşısı alındı

Azərbaycana heroin gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən  daxil olan məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan 17 ədəd xırda bükümlərdə olmaqla, ümumi xalis çəkisi 141,694 qram təşkil edən heroin aşkar olunub.

İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn daha bir Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama nəticəsində isə ondan 2 ədəd bağlamada, ümumi xalis çəkisi 200,915 qram təşkil edən heroin aşkar olunaraq götürülüb. 

Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR