Ölkədəki dövlət qulluqçularının sayı bəlli oldu

Ölkədəki dövlət qulluqçularının sayı bəlli oldu

2017-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Aktual.az-a  verilən xəbərə görə, dövlət qulluqçularının  28,6 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 4,0 faizi inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 76,2 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 8,1 faizi 1 ilə qədər, 27,4 faizi 1 ildən 5 ilə qədər, 20,9 faizi 5 ildən 10 ilə qədər, 16,8 faizi 10 ildən 15 ilə qədər, 26,8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 18,5 faiz, 30-34 yaşda 15,2 faiz, 35-44 yaşda 22,1 faiz, 45-54 yaşda 23,2 faiz, 55-62 yaşda 17,7 faiz, 63-64 yaşda 2,1 faiz, 65 və yuxarı yaşda 1,2 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6 faizini şöbə müdirləri, 11,1 faizini şöbə müdirinin müavinləri, 8,2 faizini sektor müdirləri, 25,7 faizini baş məsləhətçilər, 5,2 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 21,3 faizini məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,2 faiz komplektləşdirilib.

Dövlət qulluqçularının orta aylıq nominal əmək haqları 2016-cı ildə 634,3 manat təşkil edib.
 
Aktual.az
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR