Ölkədə təhlükəli qrip virusu yayılıb

Ölkədə təhlükəli qrip virusu yayılıb

"Hazırda ölkədə qızdırma ilə yayılan xəstəliklər soyuqdəymənin fəsadlarıdır".

Bunu AzNews.az-a açıqlamasında tibbi ekspert, professor Aqil Qeybulla bildirib. Onun sözlərinə görə, insanların yuxarı tənəffüs yollarında 15-ə yaxın infeksiya var.

"Soyuqdəymə və immun sistemi düşəndə həmin infeksiyalar fəallaşır və yuxarı tənəffüs yollarında qripə bənzər xəstəlik yaranır. Bu sovet dövründən "soyuqdəymə" xəstəliyi 

adlanır. Məncə bunu belə adlandırmaq lazımdır."

Aqil Qeybullanın sözlərinə görə, bu xəstəliklər bir insandan digərinə asanlıqla yoluxur:

"Nəticədə geniş halda insanların xəstələnməsi müşahidə olunur. Hər halda bu gün söhbət qripdən getmir."
 
Aktual.az
Xəbər 209 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR