Ölkə mediasında adları ən çox hallanan BANKLAR

Ölkə mediasında adları ən çox hallanan BANKLAR

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır.O cümlədən, Media Təqib Mərkəzi mediada banklarla bağlı məlumatları təqib edir.

Aktual.azMedia Təqib Mərkəzinin BANKLARla bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin iyul ayında elektron mətbuatda- sayt və portallarda banklarla əlaqəli 11306 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 909 xəbər dərc edilib.

Televiziya kanallarında isə banklar haqqında 65 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin iyul ayında banklar 12 280 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda banklar haqqında 909 məlumat dərc edilib. İlk 5-liyi təqdim edirik:

1 Azərbaycan Beynəlxalq Bankı 224 xəbər
2 Kapital Bank 124 xəbər
3 Azərbaycan Kredit Bankı 60 xəbər
4 Unibank Kommersiya Bankı 52 xəbər
5 Euro Bank 48 xəbər

909 xəbərdən 882 xəbər neytral, 27 xəbər mənfidir. 625 xəbər nəzarətsiz, yəni, bank rəsmilərinin iştirakı olmadan, 284 xəbər isə bankın nəzarəti altında dərc olunan xəbərlərdir.

909 xəbərdən 364-də banklar haqqında qısa məzmun verilib, 89 xəbər sırf bankla əlaqəlidir, 427 xəbərdə bir neçə bankın adı bir xəbərdə birlikdə (nizamlı) çəkilib.

748 xəbərdə bankın adı mətndə, 156 xəbərdə bankın adı yazının başlığında, 5 xəbərdə yarımbaşlıqda çəkilib.

Hesabat dövründə televiziyada banklar haqqında 65 xəbər efirə gedib. İlk 5-liyi təqdim edirik:

1 Azərbaycan Beynəlxalq Bankı 27 xəbər
2 Kapital Bank 24 xəbər
3 Azərbaycan Kredit Bankı 7 xəbər
4 Unibank Kommersiya Bankı 3 xəbər
5 Euro Bank 2 xəbər

65 xəbərin hamısı neytraldır.

Hesabat dövründə sayt və portallarda bankalr haqqında 11 306  xəbər yer alıb. İlk 5-liyi təqdim edirik: 

1 Azərbaycan Beynəlxalq Bankı 2845 xəbər
2 Kapital Bank 1543 xəbər
3 Azərbaycan Kredit Bankı 849 xəbər
4 Unibank Kommersiya Bankı 592 xəbər
5 Euro Bank 571 xəbər

11 306 xəbərdən 11 113 xəbər neytral, 193 xəbər mənfidir.

Mənfi xəbərlər bankın adının qanunsuz əməllərdə hallanması ilə bağlıdır.

1310 xəbər sırf banklara aiddir, 2118 xəbərdə bir yazıda bir neçə bankın adı çəkilir, 7872 xəbərdə banklar haqqında qısa məlumat verilir. 5454 xəbər nəzarətli, 5852 xəbər nəzarətsizdir.

 
Xəbər 1005 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR