“Liverpul”un ən yaxşı oyunçusu seçildi

“Liverpul”un ən yaxşı oyunçusu seçildi
  • İDMAN

"Liverpul"da sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib

Qol.az-ın məlumatına görə, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Məhəmməd Salah ötən ayın ən yaxşı oyunçusu seçilib. O, 41 faiz səs toplayıb. Filipp Koutinyo 23 faiz səslə ikinci olub.

Qeyd edək ki, M.Salah sentyabrda Premyer Liqada 3 matçda 2 qol vurub . Misirli yarımmüdafiəçi Çempionlar Liqasında isə iki oyunda 1 qolla yadda qalıb.
 
Aktual.az
Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR