Litva Azərbaycana yeni səfir təyin edib

Litva Azərbaycana yeni səfir təyin edib

Litva Azərbaycana yeni səfir təyin edib.

APA-nın xəbərinə görə, müvafiq qərarla Egidiyus Navikas Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
E. Navikas 2014-cü ilin sentyabr ayından Litvanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Valdas Lastauskası əvəz edəcək
Litvanın yeni səfiri sentyabrın 2-dən Azərbaycanda diplomatik fəaliyyətə başlayacaq.
Qeyd edək ki, E. Navikas daha öncə Avropa İttifaqının İordaniyadakı Nümayəndəsinin müavini vəzifəsində çalışıb.
 
Aktual.az
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR