Lionel Messi daha bir rekorda imza atıb

Lionel Messi daha bir rekorda imza atıb
  • İDMAN

"Barselona” futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pasion Futbol nəşri yazıb.

Məlumata əsasən, Çempionlar Liqasının qrup mərhələsində, "Seltik”-lə ilə matçda dubl edən Messi  beynəlxalq klub turnirlərində 100 qol vuran ilk futbolçu olub.

Onlardan 92-ni Messi Çempionlar Liqasında, 5-i klublararası dünya çempionatında, 3-ü isə Avropa Superkubokunda vurub.

Qeyd edək ki, Qlazqonun "Seltik Park” stadionunda keçirilən görüşdə "Barselona”  2:0 hesabı ilə qalib gəlib.
 
Aktual.az 
Xəbər 795 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR