“Lider” televiziyası 1 saatlıq bağlandı - FOTO

“Lider” televiziyası 1 saatlıq bağlandı - FOTO

"Lider” televiziya kanalının yayımı 1 saatlıq dayandırılıb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 6-da keçirilən iclasında qərar qəbul edilib.
Qeyd olunub ki, 2020-ci ilin mayın 3-də "Lider” televiziyasının efirində yayımlanan "O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. 

This image has an empty alt attribute; its file name is bf8ff44d-9186-44b0-abbf-861d2e13a837.jpg

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "Lider” televiziya kanalının efirində 7 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 11:00-dan saat 12:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Qeyd edək ki, mayın 6-da MTRŞ-nin iclası keçirilib. İclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.
Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR