Leyla Əliyeva övladları ilə şənlikdə — FOTO

Leyla Əliyeva övladları ilə şənlikdə   — FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub.

Aktual.az Azvision.az- a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birlikdə iştirak edib.

Bakının əyləncə mərkəzlərindən birində təşkil edilən şənliyə balacalar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəliblər. Budəfəki şənlikdə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən uşaqlar iştirak etdilər.

Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq alılbar, burada gözəl istirahət ediblər, əylənib oynayıblar.

Şənliyin sonunda 200-dək uşağa Heydər Əliyev Fondunun hədiyyələri verilib.

Xəbər 645 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR