Leyla Əliyeva Ollandla görüşüb - FOTO

Leyla Əliyeva Ollandla görüşüb   - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Fonddan verilən məlumata görə, rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Fransa prezidenti Fransua Olland da iştirak edib.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR