Leonardo Bonuççi “Milan”da

Leonardo Bonuççi “Milan”da

"Yuventus”un müdafiəçisi Leonardo Bonuççi klubunu dəyişib.

Aktual.az  apasport.az -a istinadən xəbər verir ki, ulduz futbolçu "Milan”la anlaşıb.
 
İtaliya millisinin üzvü yeni komandası ilə müqavilə imzalamaq üçün artıq Milana yollanıb. Böyük izdihamın qarşıladığı Bonuççi gün gün 5 illik sazişə qol çəkəcək. Onun yeni klubunda illik məvacibi 6,5 milyon avro təşkil edəcək. 30 yaşlı oyunçunun transferi "Yuventus”a 40 milyon avro qazandırıb.
 
Qeyd edək ki, 2010-cu ildən bəri "Yuventus”un formasını geyinən Leonardo Bonuççi "Milan”ın əzəli rəqibi "İnter”in yetirməsidi.
 
Aktual.az
Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR