Lənkəranda evin tək oğlu dənizdə boğuldu – VİDEO

Lənkəranda evin tək oğlu dənizdə boğuldu   – VİDEO

Lənkəranda 24 yaşlı  gənc Xəzər dənizinin nəzarət olunmayan ərazisində çimərkən boğulub.


Aktual.az CTV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə avqustun 7-də saat 17:30 radələrində qeydə alınıb. Lənkəranın Moloja kəndinin sakini Əlövsət İntiqam oğlu Səttayev Xəzər dənizinin nəzarət olunmayan ərazisində çimərkən boğulub.

Boğulan şəxsin meyiti ətrafdakı vətəndaşlar tərəfindən sudan çıxarılıb. Təcili yardım gələnə qədər ətrafda olanlar gəncin həyatını qurtarmaq üçün ilk yardımı göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Boğulan şəxsin cəsədi aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 

Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR