Lənkəranda canavarlar kəndə hücum edib

Lənkəranda canavarlar kəndə hücum edib

Lənkəranda canavarlar növbəti dəfə mal-qaraya hücum edib.

ONA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ürgə kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus mal-qara dənizkənarında qamışlıq ərazidə olarkən 2 canavarın hücumuna məruz qalıb. Nəticədə canavarlar 1 baş iribuynuzlu heyvanı parçalayıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Fərhad Mirzəyevə məxsus 2 iribuynuzlu heyvan isə yoxa çıxıb.


Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR