"Le Monde"nin Türkiyə xəritəsi yunanları narahat etdi


Fransada çıxan "Le Monde” qəzetinin Türkiyədəki seçkilərlə bağlı xəbərlərində Türkiyə ərazisi daxilində yunan adalarını göstərməsi Afinanın reaksiyasına səbəb olub. 
Aktual.az Avropa KİV-ə əsasən xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi Yunanıstanın Parisdəki səfirindən "yanlış” məsələyə müdaxilə etməsini istəyib.
Fransanın aparıcı qəzetlərindən biri olan "Le Monde”, Afina rəhbərliyinin reaksiyasına səbəb olan seçki nəticələri ilə bağlı xəbərlərində istifadə edilən Türkiyə xəritəsində Yunan adalarını da yerləşdirib.
Qəzet mayın 14-də keçirilən Prezident və 28-ci çağırış parlament seçkiləri üçün hazırladığı Türkiyə xəritəsinə Egeydəki adaları da daxil edib. İngilis və fransız dillərində nəşr olunan xəritə Yunanıstan hökumətini hərəkətə keçirib.
Diplomatik mənbələrdən verilən məlumata görə, xarici işlər naziri Nikos Dendiasın göstərişi ilə Yunanıstanın Parisdəki səfiri Dimitrios Zevelakis dərhal "Le Monde” ilə əlaqə saxlayıb.//525.az

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR