Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək

Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək

Latviya yaxın vaxtlarda Ukraynaya 1 milyon avro dəyərində yerli istehsal olan dronların ilk partiyasını göndərməyi planlaşdırır.
Aktual.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Latviyanın Baş naziri Evika Silina ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Latviyanın istehsal etdiyi dronlar sınaqdan keçirilib: "Ukraynalı həmkarlarımız onların döyüşdə effektiv olduğunu etiraf ediblər”.
Onun sözlərinə görə, ümumilikdə, 2024-cü ildə Latviya Ukraynaya dronların tədarükü üçün 9 milyon avro ayırmağı planlaşdırıb.

Xəbər 169 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR