KXDR daha Cənubi Koreya ilə hər hansı danışıqlar aparmayacaq

KXDR daha Cənubi Koreya ilə hər hansı danışıqlar aparmayacaq
  • DÜNYA

Koreya Xalq Demokratik Respublikası (KXDR) daha Cənubi Koreyayla hər hansı danışıqlar aparmaq niyyətində deyil.

"Report”un RİA "Novosti”yə istinadən məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.
Şimali Koreyanın Vətənin Sülhlə Birləşməsi üzrə Komitəsinin nümayəndəsi Cənubi Koreya prezidenti Mun Çje İnin Koreyanın azad olması Günü münasibəti ilə çıxışından sonra qarşı tərəfi tənqid edib və bildirib ki, rəsmi Pxenyan yenə Cənubi Koreya hökuməti ilə danışıqlar masasına əyləşmək niyyətində deyil.
KXDR nümayəndəsi iddia edib ki, Cənubi Koreya hakimiyyəti Koreya Xalq Demokratik Respublikası və ABŞ arasında gələcək danışıqların hesabına balıq ovu əldə etmək istəyir.
"Onların belə mühakiməsiz arzulardan tez imtina etmələri daha yaxşı olardı”, – deyə KXDR rəsmisinin şərhində bildirilir.
Şimali Koreya Komitəsinin nümayəndəsi həmçinin vurğulayıb ki, Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya hakimiyyəti ilə daha heç bir mövzuda danışmayacaq.


Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR