Kvirikaşvili: “Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən narahatıq”

Kvirikaşvili:   “Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən narahatıq”

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, NATO həftəsi çərçivəsində keçirilən “Xalq diplomatiyası” forumunda çıxış edən baş nazir ölkəsinin beynəlxalq ictimaiyyətin köməyi ilə gərginliyin azaldılmasına nail olunacağına ümid etdiyini bildirib.

“Gürcüstanın qonşuluğunda eskalasiyanın artması ilə bağlı narahatlıq ifadə edirəm. Ümid edirik ki, beynəlxalq ictimaiyyətin köməyi lə gərginliyin azaldılmasına nail olunacaq. Bu, həm regionda, həm də kənarda sülh və sabitlik üçün çox vacibdir” ,- deyə o vurğulayıb.

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze isə rəsmi Tiflisin Bakı və İrəvan arasında gərginliyin azaldılması istiqamətində fəaliyyət göstərməyə hazır olduğunu bildirib.

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR