Kürün səviyyəsi artıb

Kürün səviyyəsi artıb

Kür çayının səviyyəsində artım, Araz çayında isə azalma müşahidə edilir.

Aktual.az  Trend-ə istinadən bildirir ki, ötən günlər ərzində respublikanın çaylarında, əsasən, mühüm dəyişiklik müşahidə olunmayıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyət:

Avqustun 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 113 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 82 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 117 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 13 m3/s təşkil edərək ongünlük normanın 19 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyət:

Avqustun 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində, əsasən, mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Bankə məntəqəsində 2 sm artım, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Surrada və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 sm (2015-ci il avqustun 08-də 327 sm), Salyanda 148 sm (2015-ci il avqustun 08-də 115 sm), Bankədə 187 sm (2015-ci il avqustun 08-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 77 sm (2015-ci il avqustun 08-də 52 sm) təşkil edir.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR