Kürəkən qaynatanın evini yandırdı

Kürəkən qaynatanın evini yandırdı

Abşeron rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Aktual.az-ın Anspress-ə istinadən məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi 142 ünvanında qeydə alınıb. Yanğın ümumi sahəsi 130 kv metr olan birmərtəbəli 5-otaqlı yaşayış evini bütünlüklə əhatə edib. Yanğını əvvəl qonşular görüb və bu barədə FHN-in yanğından mühafizə xidmətinə məlumat veriblər.

Əraziyə gələn yanğınsöndürənlər ilk olaraq yanğının qonşu evlərə keçməsinin qarşısını almağa çalışıblar. Daha sonra güclü alov söndürülüb. Müəyyən edilib ki, hadisə baş verən zamanı evdə heç kim olmayıb. Sonradan evin sahiblərinə də məlumat verilib. Yanğın xəbərinə hadisə yerinə gələn ev sahiblərindən birinin halı pisləşib.

Azəriqaz İB-in Abşeron rayon şöbəsininin nümayəndələri də ərazidə idilər. Ancaq istər qaz, istərsə də elektrik sayğaclarının yoxlanılması onların qoşulu olmadığını üzə çıxarıb. Belə olan halda evin qəsdən yandırıldığı ehtimalı yaranıb ki, bununla əlaqədar Abşeron RPİ-yə məlumat verilib.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunublar və işin istintaqı müstəntiq Eldəniz Vəliyevə tapşırılıb. İsti izlərlə keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin kürəkəni, 21 yaşlı Məmmədov Qara Ceyhun oğlu saxlanılıb. Verilən məlumata görə, qudalar arasında 5 min manat borc pul söhbəti olub. Qaynatasının atasına olan borcunu qaytara bilmədiyini görən Qara Məmmədov evi yandırıb.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR