Kürdəmirdə evdən oğurluq edən şəxs tutulub

Kürdəmirdə evdən oğurluq edən şəxs tutulub

Kürdəmir rayonunda oğurluq edən şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir şəhər sakini, 1971-cu il təvəllüdlü Simuzər Əli qızı Bağıyeva Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən dəyəri 193 manat olan noutbukunun və 20 manat dəyərində suvenir qılıncının oğurlandığını bildirib.
RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir şəhər sakini, 1989-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məhəmməd Əfqan oğlu Məmmədov tutularaq istintaqa təhvil verilib.

Evdən oğurlanmış noutbuk və suvenirin M. Məmmədov tərəfindən satıldığı məlum olub. Həmin əşyalar müəyyən edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.

Aktual.az
Xəbər 124 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR