Küçədən tapılan 1 aylıq uşaq körpələr evinə təhvil verildi

Küçədən tapılan 1 aylıq uşaq körpələr evinə təhvil verildi

Sabunçu rayonunda küçədən tapılan 1 aylıq uşaq körpələr evinə təhvil verilib.

Aktual.az  xəbər verir ki, bu barədə Trend-ə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən məlumat verilib.

Məlumatda bildirilir ki, uşağı bölmə əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi, ev 22 A-nın qarşısında tapıblar. Dərhal hadisə yerinə həkim briqadası çağırılıb və uşaq həkimlər tərəfindən təhvil götürülərək müayinə edilib. Müayinələrdən sonra uşaq 1 saylı körpələr evinə təhvil verilib.

Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır. Hələlik körpənin valideynləri müəyyən edilməyib.
 

Aktual.az 

Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR