KTMT Ermənistandan getmək istəyir - Paşinyan

KTMT Ermənistandan getmək istəyir - Paşinyan

İstənilən mexanizm, o cümlədən kvotanın mövcudluğu Ermənistanın təhlükəsizlik sistemində əlavə daşa çevrilməlidir. Amma bu kvota təhlükəsizliyə töhfə vermirsə, Ermənistan bunu mənasız hesab edir.
Aktual.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan KTMT baş katibinin müavininə İrəvanın kvota verməkdən imtina etməsilə bağlı açıqlamasında deyib.
"Baş katib Stanislav Zas 2022-ci ildə İrəvanda mənilə görüşəndə dedi ki, KTMT-də Ermənistanın bu qurumdan çıxa biləcəyi ilə bağlı narahatlıq var. Mən ona bunun yersiz olduğunu dedim. Amma fikrimcə, KTMT Ermənistandan getmək istəyir, bu da bizi narahat edir. Heç nəyi gizlətmirik. Açıq şəkildə narahatlığımızı bildirdik”, - Paşinyan bildirib.
Xəbər 186 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR